2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 30 milyon dollar dəyərində 21 724 ton pomidor ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10,9 milyon dollar və ya 57%, miqdar ifadəsilə 6 min 225 ton və ya 40% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk iki ayında Azərbaycandan xaricə 19,1 milyon dollar dəyərində 15,5 min ton pomidor ixrac olunmuşdu.
2024-cü ilin ilk 2 ayında Azərbaycandan 1 kq pomidorun xaricə satışı üzrə orta qiymət 1,38 dollar və ya 2,35 manat təşkil edib. Xatırladaq ki, ötən il bu qiymət 1,23 dollar və ya 2,09 manat olmuşdu.
Başqa sözlə, ötən illə müqayisədə bu il Azərbaycandan pomidorun orta satış qiyməti 12% artıb.