21 iyun 2025-ci il saat 11.00-da “Salyan – Taxıl” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Cəmiyyətin 2024-cü il üçün illik hesabatının təsdiq edilməsi.
3. Cari məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə Salyan şəhəri, 20 yanvar küçəsindəki inzibati binada iş günləri saat 11.00-dan 16.00-dək tanış ola bilərlər.
Əlaqə telefonu – Mobil : +(994) 50 327 9077.
Ünvan – Salyan şəhəri, 20 yanvar küçəsi.