30 iyun 2025-ci il tarixində, saat 10-da "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ASC-nin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanda baş tutacaq.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2024-cü il üçün illik hesabatlarının və yekun mühasibat balansının təsdiq edilməsi
2. Mənfəətin istifadəsinə dair
3. Cəmiyyətin Müşahidə Şurasının tərkibinin və sədrinin seçilməsi
4. Cəmiyyətin Təftiş komissiyasının tərkibinin və sədrinin seçilməsi
5. Digər məsələlər
Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin İnzibati Binasında (AZ1108, Baki şəhəri, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə), 22 №-li otaqda tanış olmaq olar.
Tel: 012 567-00-76