25 fevral 2020-ci il tarixdə saat 10:00-da “ŞƏRQ-ŞİRNİYYATI” ASC-nin inzibati binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: «Əjdaha dönər»dən etiraz: «1 MANATLIQ DÖNƏRLƏRLƏ NƏ EDƏCƏYİMİZİ BİLMİRİK»
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə 2019-cu maliyyə ilinin yekunları və cəmiyyətin debitor borcları haqqında; cəmiyyətin təşkilati-hüquqi formasını dəyişərək məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi və digər məsələlər daxildir.
Yığıncaqda bütün səhmdarların iştirakı zəruridir.
Ünvan: Şəki şəhəri, A.Məmmədov küçəsi 43