Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən 82 rezidentlərdən 45-i artıq istehsal fəaliyyətinə başlayıb.
FED.az-ın məlumatına görə, bunu "Standartların tətbiqi: Azərbaycan-Türkiyə əməkdaşlığı" adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, sənaye zonalarında ümumi dəyəri 3,8 mlrd. ABŞ dollarından çox olan layihələr üzrə indiyədək 3,4 mlrd. dollar məbləğində investisiya yatırılıb, 11 min iş yeri yaradılıb.
Apa