"Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev Azərbaycanın Rusiyadakı səfirliyində ticarət nümayəndəsi təyin edilib.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, R.Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini beynəlxalq hüquq sahəsində bakalavr və magistr üzrə bitirib, sonra təhsilini Londonda davam etdirib. Azərbaycanda və Rusiyada həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var, iqtisad elmləri namizədidir.