30.06.2025-ci il tarixində saat 10:00-da "Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi yığıncağı (qiyabi səsvermə formasında) keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 ünvanında baş tutacaq.
"Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 6.6 ve 6.7-ci maddəsinə uyğun olaraq səsvermənin qiyabi şəkildə keçirilməsi nəzərdə tutulub. Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilir.
1. Ümumi yığıncağın sədri və katibin seçilməsi.
2. Təftiş komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi.
3. Hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi.
4. Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi.
5. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən şirkətin hesabatlarının, şirkətin 2023-cü və 2024-cü il üçün balans hesabatlarının mənfəət və zərər hesabatlarının təsdiq edilməsi
6. 2023-cü və 2024-cü maliyyə ilinin nəticələrinə əsasən dividendlərin ödənilməsi.
7. Cəmiyyətin balansında olan daşınmaz əmlakın yanı Abşeron ray., Xırdalan şəh., Şamaxı şosesi, (Xırdalan), ev 1 ünvanında yerləşən ofis binasının və istehsalat sahəsinin bazar dəyərinə (rəsmi qiymətləndirmə hesabatına əsasən) satılması.
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 13.05.2025-ci il tarixindən etibarən hər bir səhmdara bildirişə əlavə olunmuş qoşma şəklində göndəriləcəkdir.
Hər bir səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini (bülleteni çap edərək müvafiq qaydada dolduraraq) dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf) iştirak edə bilər (gündəlikdəki hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirməklə) və imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək (notarial təsdiqli sənədin əsli əlavə edilməklə), həmçinin şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etmək şərti ilə qapalı zərfdə AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi (Xırdalan), ev 1 poçt ünvanına bülletenlərin qəbulu üçün nəzərdə tutulmuş son tarix olan 30.06.2025-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilər. Bülletenlər, onların qəbulu üçün nəzərdə tutulmuş müddətdə və qaydada təqdim edilmiş, qiyabi şəkildə keçirilmiş Ümumi yığıncaqda iştirak etmiş hesab edilirlər.
Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, verilmiş səslərin sayılması növbəti ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.