Azərbaycanın ayaqqabı istehsalçısı olan «Daimoni» şirkəti istehsalını dayandırıb.
Bu barədə FED.az-a şirkətin satış rəhbəri Səbuhi Səmədov bildirib. Onun sözlərinə görə, «Daimoni» artıq bir ilə yaxındır ki, fəaliyyət göstərmir: «şirkət dayanıb və işçilər buraxılıb». Satış rəhbəri bildirir ki, fabrikin dayanmasının səbəbi bazarda fabrikin məhsullarına tələbatın aşağı olması ilə bağlıdır. 
 
Öz növbəsində tələbatın azalması ayaqqabıların qiymətinin baha olmasının nəticəsidir. Qeyd edək ki, «Daimoni» istehsalı olan  ayaqqabinın cütünün qiyməti  45 manatdan başlayaraq 150 dollaradək yüksəlirdi. Şirkət bu qiymətləri ayaqqabının istehsalı zamanı keyfiyyətli materiallardan, o cümlədən xaricdən gətiriən dərilərdən istifadə olunması ilə izah edirdi. 
 
Amma yerli alıcıların marağının az olması səbəbindən şirkət hələ 2015-ci ildən  sonra 150 dollarlıq ayaqqabıların istehsalını dayandırmışdı. Amma sonradan 45 manatlıq ayaqabıların da satışı dayanıb. 
Şirkət nümayəndəsi bildirib ki, indi əhali daha çox yerli sexlərdə istehesal edilən  qiyməti 22-25 manatdan başlayan ayaqqabılara maraq göstərir. 
 
                                                    
                                                    
                    Azərbaycanın məşhur şirkəti işini dayandırıb
 
                            
                            
                        
                            12:27
                            24 Sen 2018
                        
                        



 
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








