Azərbaycanın ən böyük nar istehsalı şirkəti - «AZNAR» QSC 2018-ci ilin nəticələrinə görə, səhmdarlarına ödədiyi dividentləri açıqlayıb. FED.az xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı milyardçı Fərhad Əhmədova məxsus oan müəssisə Göyçay rayonunda yerləşir və “Grante” ticarət nişanı altında meyvə, giləmeyvə, tərəvəz və digər mədəni və yabanı bitki məhsulları şirələrinin istehsalı, tədarükü, emalı, saxlanılması və satışı ilə məşğuldur. 2018-ci ildə müəssisədə ayrı-ayrı vaxtlarda 134-193 nəfər çalışıb.
Müəssisənin nizamnamə kapitalı 30 milyon 4 min manatdır.
«AZNAR» QSC-nin 26 fiziki şəxs, bir yerli hüquqi şəxs olmaqla 27 səhmdarı var. Ən böyük səhmdar Fərhad Əhmədov özüdür – səhmlərin 99,95323%-i və ya ümumilikdə 14 995 292 səhm. F.Əhmədova məxsus səhmlərin ümumi dəyəri 29 990 584 manatdır. Digər şəxslərin səhmləri beş faizdən azdır.
«AZNAR» QSC-nin özünün iki müəssisəsi var - “Kənd” MMC və “AzNarAqro” MMC.
«AZNAR» QSC ötən il əldə etdiyi mənfəəti açıqlamayıb. Əvəzində hesabatda bildirilir ki, müəssisə 2018-ci ilin nəticələrinə görə, 19 795 manat dividend ödəyib. Bu vəsaitin 5 min manatı adama 200 manat olmaqla kiçik 25 nəfər kiçik səhmdar arasında bölünübö Qalan 14 975 manat isə səhmlərin sayına uyğun bölünüb.