Azərbaycanın reklam bazarında tanınmış şirkəti olan «GAP MEDİA» bağlandığını elan edib.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, «GAP MEDİA» MMC (VÖEN 1701522481) bağlandığını elan edib.
Elana görə, kreditorlar şirkətə qarşı tələblərini qarşıdakı iki ay ərzində Bakı şəhər, Səbail rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, ev 11, mənzil 43 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, «GAP MEDİA» ilə yanaşı, «GAP STUDİO» da bağlandığını ean edib və kreditorların tələblərini həmin ünvanda gözləyir.