Azərbaycanın tanınmış şərab müəssisələrindən olan «Göyçay Şərab» ASC kiçilib. FED.az xəbər verir ki, bu barədə şirkətin 2018-ci il üzrə illik hesabatından məlum olur. 2018-də şirkətin həm aktivləri həm də gəlirləri kəskin azalıb. Eləcə də bax: Şərab şirkətinin səhmdarları yeni başçı seçmək üçün - TOPLAŞACAQLAR Ötən ilin yekunlarına görə, «Göyçay Şərab» ASC-nin aktivləri 2017-ci ilin yekunları ilə müqayisədə 24,6% azalaraq 6,96 milyon manata düşüb. Belə kəskin geriləmənin səbəbi şirkətin ehtiyatlarının və pul vəsaitlərin azalması ilə bağlıdır. Qeyd edək ki, hətta azalandan sonra da belə böyük dövriyyəsi olan şirkətin uzunmüddətli aktivləri, yəni bina-avadanlığının qiyməti cəmi 29 min manatdır. Ötən il şirkət ona çatacaq borcların 100 min manatını toplayaraq debitor borclarını kəskin azaldıb. 2018-in sonuna şirkətin nizamnamə kapitalı (39,6 min manat) və kapital ehtiyatları (2,62 milyon manat) dəyişməz qalıb. 2018-də «Göyçay Şərab» ASC-nin gəlirlərində də kəskin azalma var. Şirkətin gəlirləri 3,6 dəfə azalaraq 2017-ci ildəki 15,9 milyon manatdan 2018-də 4,4 milyon manata düşüb. Eləcə də bax: “ASK Şəki Şərab” zavodu məhsullarını yaxın aylarda Rusiyaya - İXRAC EDƏCƏK Şirkətin satışlarının maya dəyərində də təqribən o qədər azalma var – 15,7 milyon manatdan 3,9 milyon manata. Bununla yanaşı, xərclərin də azalması hesabına şirkətin mənfəəti kəskin artıb. Belə ki, 2018-ci ildə «Göyçay Şərab» ASC-nin mənfəəti 510 min manat olub ki, bu da əvvəlki ildən 4,6 dəfə artıqdır. Vergi ödənişlərindən sonra şirkət ili 408 min manat mənfəətlə (əvvəlki ildən 4,7 dəfə çox) başa vurub.
|
Azərbaycanın məşhur şərab şirkəti – KİÇİLİB, GƏLİRLƏRİ KƏSKİN AZALIB
09:24
3 Dek 2019