Azərbaycanda 8 şirkətə sahib olan “Modern” Şirkətlər Qrupuna yeni rəhbər təyin edilib.
FED.az Banker.az-a istinadən məlumat verir ki, Mehman Veysəlov İdarə Heyətinə sədr təyin edilib.
Eləcə də bax: Azərbaycanın ən böyük holdinqlərindən birinə yeni Baş inzibatçı - TƏYİN EDİLİB
Buna qədər isə bu vəzifəni Anar Bayramov tuturdu və cari ilin noyabrında bu vəzifədən istefa verərək, “Modern” Şirkətlər Qrupuna məxsus digər təşkilat – “Az-Granata” MMC-yə rəhbər getmişdi.
Mehman Veysəlov artıq vəzifəsinin icrasına dekabrdan başlayıb.
Veysəlov buna qədər “KPMG Azerbaijan” audit şirkəti, “Ceylan” MMC və bir neçə audit və konsultant sahəsi üzrə fəaliyyət göstərən sahələrdə müxtəlif yüksək vəzifələrdə çalışıb.
Eləcə də bax: Azərbaycanın aparıcı holdinqinin - RƏHBƏRLİYİ DƏYİŞİR
Bildirək ki, 2011-ci ildə yaradılan “Modern” Şirkətlər Qrupunun kurasiyasında “Modenis” MMC (hansl ki, eManat ödəmə terminalının sahibidir), “Az-Granata” MMC, “Modern Hospital” MMC, “Great Motors” MMC, Alyans Tekstil və “Ağsu Aqropark” MMC kimi şirkətlər daxildir.