“Varvara balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 27 yanvar 2020-ci il saat 11.00-da Yevlax rayonu, Varvara kəndində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:
Eləcə də bax: Bir şəhərdə 28 min - SAXTA ŞİRKƏT TAPILDI
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyində “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması; “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması ilə bağlı qoşulmanın dövlət qeydiyyatına alındığı tarixdən “Varvara balıq” ASC-nin fəaliyyətinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin “Az Varvara” MMC-yə keçməsi; Qoşulma barədə mətbuatda elanın dərc edilməsi və “Varvara balıq” ASC-nin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizənin müvafiq orqana göndərilməsi; “Varvara balıq” ASC-nin hüquq və vəzifələrinin “Az Varvara” MMC-yə verilməsinə dair təhvil aktının təsdiqi və digər məsələlər daxildir.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Yevlax rayonu, Varvara kəndində yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.“Varv