Ölkəmizdə marketinq araşdırmaları sahəsində əsas oyunçulardan biri, bu sahədə 20 ildir uğurla fəaliyyət göstərən və daim maraqlı araşdırmalar təqdim edən “Business Insight” şirkəti rebrendinq edib.
FED.az xəbər verir ki, “Business Insight” şirkəti fəaliyyətə başladığı dövrdən etibarən yerli və xarici şirkətləri, təşkilatları marketinq araşdırmaları, birbaşa marketinq layihələri və müştəri loyallığı proqramları sahəsində yüksək keyfiyyətli xidmətlərlə təmin etməkdədir.
Eləcə də bax: 400-500 manat kirayə haqqı olan evdən 2000-2500 manat gəlir – YENİ BİZNES
«Business Insight» şirkətinin rebrendinq etməkdə əsas məqsədi müştəriləri ilə münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoymaq, həmçinin biznes ruhunu, gücü, etibarlılığı və operativliyi göstərməkdir»-deyə şirkətdən bildirilib.
Şirkət bu məqsədlər istiqamətində daim peşəkar komandasını inkişaf etdirir, araşdırma alətlərini təkmilləşdirir və innovativ texnologiyaların üstünlüklərindən faydalanır.
Eləcə də bax: Amerikada azərbaycanlı iş adamı – «Azərbaycandakı kimi yaşayacaqlarsa bura gəlməsinlər»
Business Insight həyata keçirdiyi bütün layihələri ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik standartlara, ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq olaraq həyata keçirir.
Şirkətin müxtəlif sahələr üzrə araşdırmaları və hazırladığı hesabatlar biznes dairələri üçün mühüm məlumat mənbəyi olmaqla yanaşı, həm də ölkə mediası tərəfindən geniş istifadə edilir.
Azərbaycanın məşhur araşdırma şirkəti - REBRENDİNQ EDİB
13:08
22 Fev 2019