2025-ci ilin yanvar-mart ayı ərzində Azərbaycandan xarici ölkələrə 12,6 milyon dollar dəyərində kərə yağı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon dollar 77,5% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında 7,1 milyon dollar dəyərində kərə yağı ixrac edilib.