“Günay Kənd Təsərrüfatı Məhsulları” Açıq Tipli Səhmdar Cəmiyyəti səhmdarlarının 30 mart 2020-ci il saat 10:00-da keçiriləcək növbədənkənar ümumi yığıncağına dəvət edir.
Eləcə də bax: Azərbaycanda daha bir şirkət - Rebrendinq Etdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, yığıncaq Xaçmaz rayonu, Çarxı kəndində baş tutacaq.
Aşağıdakı məsələlər növbədənkənar ümumi yığıncağın gündəliyinə daxil edilmişdir:
1. Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi.
2. “Günay Kənd Təsərrüfatı Məhsulları” ATSC-nin ad dəyişikliyinin təsdiq edilməsi.
3. Digər məsələlər.