Sumqayıt Texnologiya Parkı (STP) nizamnamə kapitalın 225 milyon 870,3 min manat səviyyəsində müəyyən edib. FED.az xəbər verir ki, Azərbaycanın iri sənaye şirkəti buna qədər simvolik səhmdar kapitalına malik idi.
Eləcə də bax: "Böyük tələbat var, məhsulun ilk nümunələri - İRANA GÖNDƏRİLİB"
STP 2012-ci ildə “Azenco” ASC-nin ayrılması nəticəsində təsis edilib. Şirkətin təsisçisi "AZENCO Group” MMC-dir. Müəssisəyə 12 zavod (kabel, polimer məhsulları, tikinti armaturu, elektrik avadanlıqlar, sendvic-panel, alümin və mis profillər, texniki qaz və s. istehsl edn zavodlar) və 30-dan çox istehsal sahələri daxildir. Burada 2000-ə yaxın işçi çalışır.
"Turan"