Noyabrın 21-də Mingəçevirin Energetiklər yaşayış massivində Bələdiyyə bazarının açılışı olub.
FED.az xəbər verir ki, cari ilin iyun ayında Mingəçevir Bələdiyyəsinin təqdim etdiyi layihəyə əsasən bələdiyyəyə dövlət tərəfindən subsidiya (maliyyə vəsaiti) ayrılıb və bazar binasının tikintisinə başlanıb. Bu layihənin həyata keçirilməsinin əsas məqsədi qəsəbədə mövcud olan küçə ticarətinin qarşısını almaq, şəhər bazarındakı sıxlığı azaltmaqdır.
Eləcə də bax: Böyük supermarketlər şəbəkəsinin daha bir mağazası - AÇILIR - ÜNVAN
Şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayev bildrib ki, yaxın kəndlərin sakinləri öz məhsullarını burda rahatlıqla sata biləcəklər və əsas da küçə ticarətinin qarşısı alınacaq.
Marja