Oktyabrın 12-də Dənizkənarı Milli Parkda yeni istifadəyə verilən "Milan Ekspo 2015" Azərbaycan Pavilyonunda “Meysəri” şərablarının təqdimatı olub.
FED.az xəbər verir ki, “Meysəri”ni istehsal edən “Şirvan şərabları” MMC-nin üzümçülük və şərəbçılıq kompleksi avqustun 25-də prezident İlham Əliyevin iştirakı ilə açılıb.
Kompleks ərazisində müxtəlif üzüm sortlarından ibarət üzüm bağı salınıb. 2019-cu ildə ümumi sahəsi 200 ha olacaq üzüm bağının 40% hissəsini ağ, 60% hissəsini isə qırmızı üzüm sortları təşkil edəcək. "Şirvan şərabları" MMC "Meysəri" markası ilə – "Sədəf", "Mərcan" və "Məxməri" şərabları istehsal edir.