"Yumurta No 1" MMC (VÖEN 6800027991) fəaliyyətinə xitam verir.
FED.az xəbər verir ki, şirkət "Hacıqabul Quşçuluq Şirkəti" MMC-yə (VÖEN 8100012191) qoşulduğunu elan edir.
"Yumurta No 1" MMC-nin hüquq və vəzifələri "Hacıqabul Quşçuluq Şirkəti" MMC-yə keçir.
"Hacıqabul Quşçuluq Şirkəti" MMC "Yumurta No 1" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Qeyd edək ki, "Yumurta No 1" MMC 31 oktyabr 2002-ci ildə dövlət qeydiyyatına alınıb.
FED.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 77 min 867 manatdır. Qanuni təmsilçisi Şöhrət Babaşov Adışirin oğludur.
Hüquqi ünvanı Az5412, Sabirabad Rayonu, Axtaçı Muğan ünvanıdır.
"Hacıqabul Quşçuluq Şirkəti" MMC isə 25 oktyabr 2002-ci ildə dövlət qeydiyyatına alınıb.
FED.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 279 min 713 dollardır. Qanuni təmsilçisi Nemət Babaşov Adışirin oğludur. Hüquqi ünvanı Az2400, Hacıqabul Rayonu, Ağacanlı ünvanıdır.