Müştərilərinin yaxın və qənaətli qonşusu olan "OBA” marketlər şəbəkəsi oktyabr ayında da gündəlik tələbat məhsullarına yüksək endirimlər tətbiq edib.
FED.az xəbər verir ki, Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən "OBA” xüsusi günlərdə də alıcılarını sevindirməyə çalışır. Marketlər şəbəkəsi oktyabr ayı ərzində 10-dan çox kampaniya edərək müştərilərinə yüksək faizli qənaət imkanı yaradıb.
Belə ki, “Qənaətin vaxtıdır”, “Daha çox qənaət”, “Təmiz qənaət”, “Qənaətli ailə səbəti”, “Səbət-səbət endirim”, “Şip-şirin endirim”, “Təzə-tər meyvə-tərəvəz”, “Büdcə dostu həftəsonu”, “Xüsusi endirimlər”, “Endirimin beləsi”, ““Oba”mızda ulduz var” kampaniyaları müştərilər tərəfindən böyük marağa səbəb olub.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur.