Xəbər verdiyimiz kimi, mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
FED.az-ın məlumatına görə, şirkətin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşması ciddi etiraza səbəb olub.
Ciddi etirazla qarşılaşan şirkət bir müddət sonra sözügedən paylaşımı silib.
Şirkət tərəfindən münaqişə ilə bağlı yeni məlumat paylaşılıb. Məlumatda deyilir ki, müharibə nəticəsində Azərbaycan və Ermənistanda zərər görmüş şəxslərə yardım ediləcək. Məlumatda deyilir ki, yardımlar Beynəlxalq Qırmızı Xaç Təşkilatı vasitəsi ilə paylanacaq.
Qeyd edək ki, buna qədər isə Azərbaycanda şirkətin məhsulları boykot edilib. Bir sıra marketlər şəbəkəsi şirkətin məhsullarını satmaqdan imtina edib.