Yanvar ayında Azərbaycanın ən məşhur şirkətləri məlum olub. FED.az xəbər verir ki, MC&S-in media monitorinq qrupu 01-31 yanvar 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 667-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik.
Mobil rabitə
Azercell 1579
Nar mobile 1275
Bakcell 877
Bank sektoru
Azərbaycan Beyəlxalq Bankı 1548
Kapital Bank 736
Bank Respublika 428
Unibank 310
Paşa Bank 305
Sığorta sektoru
Atəşgah 176
Standard 157
PAŞA 127
Azərsıgorta 119
AXA MBASK 105
Ali məktəblər
BDU 1753
UNEC 1398
ADU 913
BANM 656
ADPU 531
Hotellər
Landmark 132
Hilton 86
Hyatt Regency 80
JW Marriott Absheron 58
Four Seasons 54
Azərbaycanın ən məşhur şirkətləri – AÇIQLANDI - SİYAHI
13:27
13 Fev 2019