MC&S-in media monitorinq qrupu  01-31 avqust 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Şirkətdən FED.az-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.  Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların ilk beşliyini təqdim edirik.  Beləliklə:
Mobil operatorlar:
 
Azercell 982                                                                                                                                
Bakcell 743                                                                                                                                       
Nar Mobile 691
Banklar:
Azərbaycan Beynəlxalq Bankı  694         
Kapital Bank 657
Paşa Bank    515
Accessbank   406
Unibank       394
                                                                                                                                     
Hotellər
Landmark     83
Qafqaz         60
Hilton 49
JW Marriott Absheron       41
Boulevard Hotel Baku       37
 
Universitetlər:
BDU   701
ATU   593
ADA   475
UNEC 472
DIA    230
 
Sığorta şirkətləri
Atəşgah       136
PAŞA         79
PAŞA Həyat  66
Qala  65
Atəşgah həyat 54
 
Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  
Media Consulting and Services 2004-cü ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir.
 
                                                    
                                                    
                    Azərbaycanın ən məşhur şirkətləri açıqlandı - SİYAHI
 
                            
                            
                        
                            12:10
                            3 Sen 2018
                        
                        



 
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








