Beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri açıqlandı.
Eləcə də bax: Caspian Energy Club “Caspian Energy Italy”-da - PAY İŞTİRAKINI SATIŞA ÇIXARIB
Caspian Energy Club-ın təşkil etdiyi, AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı, Social Lab agentliyinin isə rəqəmsal tərəfdaşlığı ilə keçirilən beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın cari ildə 50 ən tanınan brendi müəyyən olunub.
FED.az xəbər verir ki, bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev bildirib ki, müsabiqədə 200 milli korporativ, xidməti və məhsul brendi iştirak edib. Səsvermədə dünyanın müxtəlif ölkələrindən 6500-ə yaxın respondent iştirak edib. Səsvermə zamanı şəffaflıq qorunub, belə ki, bir cihazdan yalnız bir dəfə səs vermək mümkün olub.
Telman Əliyev “Brand Award Azerbaijan” milli müsabiqəsi nəticəsində milli brendlərin geniş auditoriyalara çatdırılması və inkişafına nail olduq. Kiçik və orta biznes subyektlərinin tanınmasına şərait yarandı. Bununla yanaşı, müxtəlif şirkətlər öz rəqəmsal marketinq siyasətində yeniliklər tətbiq etdi, veb-saytlarını və məlumatlarını yenilədi, rebrendinq keçirdi və bu da onların məhsul və xidmətlərinin tanınmasına səbəb oldu. Bu “Brand Award Azerbaijan” layihəsinin əsas nailiyyətlərindən biridir. Bütün iştirak etmiş brendlərə təşəkkürümüzü bildiririk.” –deyə bildirib.
Telman Əliyev, həmçinin vurğulayıb ki, “Brand Award Azerbaijan” və “Brand Award” ticarət nişanları dünyanın 50 ölkəsində Caspian Energy Club-a məxsusdur. İlin sonunadək “Brand Award Turkey” və “Brand Award International” müsabiqələri də keçiriləcək.
“Brand Award Azerbaijan” milli müsabiqəsinin qaliblərinin tam siyahısını təqdim edirik:
- Azərbaycan Beynəlxalq Bankı
- Azerçay
- Sun Paper
- Azpetrol
- Azəriqaz
- Bizim Tarla
- Azərsüd
- Azərduz
- Azərşəkər
- Aura
- Azersun Holding
- Atena
- Berqa
- Bizim Sufre
- PASHA Insurance
- SOCAR Polymer
- AzGranata
- Azərişıq
- Final
- Səba
- AZAL (Azərbaycan Hava Yolları)
- SOCAR KQİT
- Çörəkçi
- International Consulting Company
- Vita 1000
- DOST Agentliyi
- Super Sun
- Bolmart
- CinemaPlus
- Zeytun Bağları
- IBA Mobile
- Shokki Mokki
- Grandmart
- Bizon
- Sobsan
- IBA Innovation
- Buta Airways
- Iceland Dondurmaları
- Tam Kart
- AzerTelecom
- AzərTac
- Doymak
- Sultan
- Mr. Fix
- Sağlam Ailə
- Corella
- ABAD
- Təmiz Qaz
- Delta Group
- Gazelli Group
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.