01.01.2019 – 31.07.2019 dövründə Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar məlum olub. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan ən çox ixrac olunan mallar xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, ən çox idxal olunan isə yeyinti məhsulları olub.

