İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayını təqdim edib.
FED.az xəbər verir ki, ixracda ən çox pay tutan məhsullar məlum olub
Yanvar-Avqust ayları üzrə başlıca ixrac məhsulları
2025-ci ilin yanvar-avqust aylarında qeyri-neft məhsulları arasında ən yüksək ixracat göstəricisi qızıla (210,7 milyon ABŞ dolları) məxsus olub ki, bu da 2024-cü ildəki 96,1 milyon dollardan kəskin artım deməkdir. İkinci yerdə isə pomidor (tomat) 157,2 milyon ABŞ dolları ilə qərarlaşıb, ötən il bu göstərici 139,5 milyon dollar idi. Pambıq mahlıcı 124,7 milyon ABŞ dolları ixracatla üçüncü pillədədir.
Dinamik artımlar müşahidə olunan digər əsas məhsullar arasında karbamid 114.8 milyon ABŞ dolları (2024: 78.7 milyon), şaftalı 98.7 milyon ABŞ dolları (2024: 61.1 milyon) və meşə fındığı 87.8 milyon ABŞ dolları (2024: 58,3 milyon) yer alır. Bu məhsullar qeyri-neft ixracatının inkişafına mühüm töhfə verib.
Kimya sənayesi məhsulları da yüksək performans nümayiş etdirib. Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen (PE) 74,7 milyon ABŞ dolları (2024: 62,6 milyon), ilkin formalı propilen sopolimerləri (PP) 73,3 milyon ABŞ dolları (2024: 65 milyon) və metanol (metil spirti) 67,4 milyon ABŞ dolları (2024: 65 milyon) ixrac edilib.
Bununla belə, bəzi məhsulların ixracatında azalma qeydə alınıb. Pambıq mahlıcının ixracatı ötən illə müqayisədə 138,5 milyon dollardan 124,7 milyon dollara enib. Həmçinin elektrik enerjisi ixracı 57,5 milyon dollardan 52,7 milyon dollara, alüminium ərintilərindən düzbucaqlı plitələrin ixracatı isə 72,4 milyon dollardan 50,4 milyon dollara düşüb.
Məhsul |
2025 |
2024 |
Fərq |
Faizi Dəyişiklik (%) |
Qızıl |
210,7 |
96,1 |
+114,6 |
+119,2 |
Tomat (pomidor) |
157,2 |
139,5 |
+17,7 |
+12,7 |
Pambıq mahlıcı |
124,7 |
138,5 |
-13,8 |
-9,9 |
Karbamid |
114,8 |
78,7 |
+36,1 |
+45,9 |
Şaftalı |
98,7 |
61,1 |
+37,6 |
+61,5 |
Meşə fındığı |
87,8 |
58,3 |
+29,5 |
+50,6 |
PE (Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen) |
74,7 |
62,6 |
+12,1 |
+19,3 |
PP (İlkin formalı propilen sopolimerləri) |
73,3 |
65 |
+8,3 |
+12,8 |
Metanol (metil spirti) |
67,4 |
65 |
+2,4 |
+3,7 |
Elektrik enerjisi |
52,7 |
57,5 |
-4,8 |
-8,3 |
Alüminium ərintilərindən düzbucaqlı plitələr |
50,4 |
72,4 |
-22 |
-30,4 |
Alma |
43,4 |
28,3 |
+15,1 |
+53,4 |
PP (İlkin formalı polipropilen) |
42,7 |
39,4 |
+3,3 |
+8,4 |
Emal olunmamış alüminium ərintiləri |
40,3 |
30 |
+10,3 |
+34,3 |
Çiyələk |
39,7 |
26,3 |
+13,4 |
+51,0 |
Ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza |
39,5 |
25 |
+14,5 |
+58,0 |
Sement klinkerləri |
38,1 |
29,2 |
+8,9 |
+30,5 |
Xurma |
32,9 |
27,8 |
+5,1 |
+18,3 |
Avqust ayının əsas məhsuıları 2025-ci ilin avqust ayında ixrac edilmiş qeyri-neft mallarının siyahısında şaftalı 33 milyon ABŞ dolları (2024: 22,7 milyon) ilə lider olub. Qızıl 32 milyon ABŞ dolları (2024: 21,4 milyon) ixracatla ikinci, pambıq mahlıcı isə 16,6 milyon ABŞ dolları (2024: 12,9 milyon) ilə üçüncü yerdə qərarlaşıb.
Xüsusilə diqqətçəkən artımlar arasında ilkin formalı propilen sopolimerləri (PP) 8,5 milyon dollardan 16,1 milyon dollara yüksəlib. Elektrik enerjisinin ixracatı da 5,7 milyon dollardan 11,1 milyon dollara, ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza 5,3 milyon dollardan 8,9 milyon dollara, emal olunmamış alüminium ərintiləri isə 3,8 milyon dollardan 8,8 milyon dollara qədər artıb.
Məhsul |
2025 (Avqust) |
2024 (Avqust) |
Fərq |
Faizi Dəyişiklik (%) |
Şaftalı |
33 |
22,7 |
+10,3 |
+45,4 |
Qızıl |
32 |
21,4 |
+10,6 |
+49,5 |
Pambıq mahlıcı |
16,6 |
12,9 |
+3,7 |
+28,7 |
PP (İlkin formalı propilen sopolimerləri) |
16,1 |
8,5 |
+7,6 |
+89,4 |
Karbamid |
14,6 |
16,7 |
-2,1 |
-12,6 |
PE (Xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen) |
13,2 |
15,8 |
-2,6 |
-16,5 |
Elektrik enerjisi |
11,1 |
5,7 |
+5,4 |
+94,7 |
Ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza |
8,9 |
5,3 |
+3,6 |
+67,9 |
Emal olunmamış alüminium ərintiləri |
8,8 |
3,8 |
+5 |
+131,6 |
Avqust ayında karbamid ixracatında 16,7 milyon dollardan 14,6 milyon dollara, xüsusi kütləsi 0,94 və ya daha çox olan ilkin formalı polietilen (PE) ixracatında isə 15,8 milyon dollardan 13,2 milyon dollara qədər azalma müşahidə olunub.