İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayını təqdim edib.
FED.az xəbər verir ki, qeyd olunan dövrdə ən çox ixrac oluna malların adları açıqlanıb.
2025-ci ilin ilk 7 ayında ən çox ixrac edilən məhsulların ilk üçlüyündə qızıl, pomidor və pambıq lifi yer alır. Qızıl ixracı 178,7 milyon dollar təşkil edərək 2,2 dəfə artım göstərib. Pomidor ixracı 156,9 milyon dollarla 12,5% artıb. Pambıq mahlıcı ixracı isə 108,1 milyon ,dollar olub, bu da ötən illə müqayisədə 13,9% azalma deməkdir.
Digər əsas məhsullardan karbamid (100,2 milyon dollar), meşə fındığı (82 milyon dollar) və şaftalı (65,7 milyon dollar) ixracında da kəskin artım baş verib. Şaftalı ixracı üzrə 71,5% artım qeydə alınıb..
Təkcə iyul ayında ən çox ixrac edilən məhsul şaftalı olub. Bu məhsulun ixracı 48,5 milyon dollar dəyərində olub ki, bu da illik 62,8% artımdır.
İyul ayında qızıl (33,9 milyon dollar), çiyələk (10,8 milyon dollar) və emal olunmamış alüminium (8 milyon dollar) ixracında da artımlar müşahidə edilib. Çiyələk və alüminium ixracı ötən ilin iyul ayı ilə müqayisədə 4 dəfə artıb.