İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayı təqdim olunub.
FED.az xəbər verir ki, “İxrac İcmalı”nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.
Eləcə də bax: Bu il Azexport.az portalına 400 mln. dollara yaxın ixrac sifarişləri - DAXİL OLUB
Bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC..
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərikimya" İB, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, “Azəripək” MMC.
Marja