Biznes

Azərbaycanın ən böyük marketlər şəbəkəsi növbəti filialını açdı

Azərbaycanın ən böyük marketlər şəbəkəsi növbəti filialını açdı | FED.az
16:28 19 Dek 2018

Ölkənin ən böyük marketlər şəbəkəsi olan “Araz” Abşeron rayonu, Ceyranbatan yaşayış massivində yeni mağazasını açaraq, şəbəkəsini bir qədər də genişləndirir.

 

Şirkətdən daxil olmuş məlumata görə, “Siz harada, Araz orada” sloqanına sadiq qalan “Araz” supermarketlər şəbəkəsi dekabrın 21-dən etibarən Ceyranbatan yaşayış massivində fəaliyyətə başlayır.

 

“Araz” superstore geniş sahəsi, avtomobillər  üçün rahat və pulsuz dayanacaq yeri, 20 minə yaxın qida və qeyri-qida məhsul çeşidi ilə sakinlərə rahat, əlverişli alış-veriş mühiti yaradır.

 

Mağazada meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları,  gigiyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digrə bölmələr müştərilərin xidmətinə veriləcək. Sutka ərzində fəaliyyət göstərəcək mağazada müştərilər həmçinin, “Xonça” un məmulatları bölməsində müxtəlif növ şirniyyatlar və tortlar, hazır yeməklər, isti təndir çörəyi əldə edə biləcəklər.

 

Marketin daxilində “Araz Kafe” fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və hədiyyə kampaniyaları nəzərdə tutulub. Kampaniya dekabrın 27 – dək davam edəcək", - məlumtda deyilir.

 

“Araz” supermarketlər şəbəkəsi hər kəsi böyük məmnuniyyətlə, yeni filialının açılışına dəvət edir.

Digər xəbərlər