Ümumi iqtisadiyyatın inkişafı bir çox sahələrə də öz müsbət təsirini göstərir. Son illər dünyada İKT və texnologiyalar sahəsi demək olar ki, çox sürətlə inkişaf edir.
Texnologiya o qədər sürətlə inkişaf edir ki, insanlar hətta yeni model telefon, televizor və ya digər əşyaları alıb çatdıra bilmir. Hər ay demək olar ki, bazara yeni-yeni modellər təklif olunur. Yenilənmiş texnoligiyalar nəticəsində yeni məhsul çeidləri artdıqca bu məhsulların satışını həyata keçirən elektronika mağazalarının da sayı günbə-gün artır.
FED.az araşdırma qrupu oxucuların marağını nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən ən iri elektronika maqazalarının siyahını hazırlayıb.
Araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda ən geniş filial şəbəkəsi “Optimal Elektronics”ə məxsusdur. Şirkət bazardakı rəqiblərini geridə qoymaqla 80 xidmət şəbəkəsi ilə siyahıya liderlik edir. “Optimal Elektronics” mağazalar şəbəkəsinə Bakı və bölgələr də daxil olmaqla 80 satış mağazası daxildir.
Siyahımız üzrə ən az xidmət şəbəkəsi olan “Music Gallery”dir. Bu mağazanın yalnız 7 satış mağazası var. Mağazalar yalnız Bakıda yerləşir. Ümumiyyətlə son 2-3 il ərzində “Music Gallery” mağazalar şəbəkəsi bazardakı rəqiblərindən bir az geri qalır. Geriləmə mağazanın müştəri bazası və məhsul çeşidinin azalması ilə bağlıdır.
Bunun da bir neçə səbəbi var ki, bunlardan biri bazara yeni oyunçuların, brendlərin daxil olmasıdır.
FED.az sizə həmin siyahını təqdim edir:
Şirkət |
Bakı və Abşeron Rayonu |
Digər Rayonlar |
Cəmi |
Optimal Elektonics |
39 |
41 |
80 |
Soliton Electronics |
31 |
29 |
60 |
Irshad Elektroniks |
24 |
7 |
31 |
Kontakt Home |
23 |
5 |
28 |
Baku Elektronics |
14 |
10 |
24 |
World Telecom |
19 |
0 |
19 |
Maxi.az |
9 |
1 |
10 |
West Telecom |
10 |
0 |
10 |
Ronni Elektronics |
9 |
0 |
9 |
Music Gallery |
7 |
0 |
7 |