Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 21 132,2 milyon manat, xərcləri isə 20 175,3 milyon manat təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6% və 2,6% çoxdur.
Son nəticədə büdcədə 956,9 milyon manatlıq qalıq yaranıb.