FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev 1 ünvanında baş tutacaq.
Əlaqə nömrəsi: 051-395-60-95
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərinin təyin edilməsi.
2. “Azerbaijan Poultry Company” MMC və “Cəlilabad Broyler” ASC arasında bağlanacaq 10.000.000 (on milyon) AZN məbləğində borc müqaviləsinin təsdiq olunması.
3. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin, yem zavodunun və avtonəqliyyat vasitələrinin icarəsi müqaviləsinin təsdiq olunması.
4. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi.
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəsiyyət vəsiqəsini təqdim etməlidirlər. Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini təqdim etməsi də xahiş olunur.