Azərbaycandakı böyük holdinqlərdən biri - «Synergy Group» ölkədən xarici qızılgül ixracına hazırlaşır.
FED.az xəbər verir ki, holdinq bunu özünün «AzAgro» MMC müəssisəsi vasitəsilə reallaşdıracaq. Holdinqin gülçülük təsərrüfatı Şəmkir rayonunun Sarıtəpə kəndində yerləşir.
Eləcə də bax: Azərbaycanın gül şirkətlərinə Kolumbiyadan – DƏVƏT VAR
Şirkət bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində innovativ üsulların tətbiqi, müasir tələblərə cavab verən texnologiya əsasında mərkəzləşdirilmiş kompüter bazasında əkinin idarə edilməsi sistemini həyata keçirir.
2008-ci ildə yaradılan «AzAgro» MMC 2010-cu ildən etibarən «Synergy Group»un tərkibinə keçib və istixana təsərrüfatı ilə məşğuldur.
Eləcə də bax:«Naxçıvan Avtomobil Zavodu» özəlləşib – SAHİBİ MƏLUM OLDU
2012-ci ilin sentyabr ayından şirkət 1 hektar ərazidə damla suvarma texnologiyası ilə qızılgülün yetişdirilməsinə başlayıb. İstixananın maraqlı cəhəti odur ki, burada güllər tam torpaqsız mühitdə, xüsusi mineral substratlarda yetişdirilir, ümumiyyətlə bütün sistem kompüterlə idarə olunur.
Müəssisəyə bu işdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də konsaltinq və hüquqi məsləhət xidmətləri göstərib.
Yeni layihə investisiya təşviqi sənədi əsasında reallaşdırılıb. Layihəyə 2,3-milyon manat həcmində investisiya yatırılıb və əsas vəsaiti «Prior Leasing» yatırıb. Şirkət kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi və lizinqə verilməsi ilə məşğuldur.
İstixananın əvvəl illik istehsal gücü bir milyon gül idisə, yeni istixana fəaliyyətə başladıqdan sonra gül istehsalı 3 milyona qədər artırılıb. Hazırda «AzAgro» məhsullarının ixracına başlayıb. Güllər Rusiya və Gürcüstana ixrac ediləcək. Bu ölkələrə Şəmkir ərazisindən illik 1 milyon ədəd gül ixrac olunacağı gözlənilir. Şireət iddia edir ki, yeni istixana idxalı əvəz edir və yerli istehsalın işə düşməsi istehlak qiymətlərinin də, yəni güllərin qiymətinin aşağı salınmasına xidmət edir. Müəssisədə 71 nəfər çalışır ki, onların da 70%-i qadınlardır.