30 iyun 2025-ci il saat 11.00-da “Ceyranbatan Dəmir Beton “ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məscidin yanındakı binanın qarşısındakı bir mərtəbəli binada baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2024-cü il üçün illik maliyyə balansının, mənfəət və zərər hesabatlarının müzakirəsi və təsdiqi.
2.Yeni sədrin seçilməsi.
3. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu – 050-312-05-28.