07 noyabr 2023-cü il tarixində saat 11:00-da H.Z.Tağıyev adına Balıq Hisləmə Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının növbəti iclası keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəliyə idarə heyətinə yeni sədrin seçilməsi, 2022-2023-cü illər üçün maliyyə hesabatları, ASC-nin fəaliyyətinin bərpası və əsas vəsaitlərin istismara yararlılıq vəziyyətinin müzakirəsi və digər məsələlər daxildir.
Ünvan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ASC-nin inzibati binasıdır.