“Modern Group of Companies” MMC-nin icraçı direktoru dəyişir.
FED.az xəbər verir ki, İndiyə qədər holdinqə rəhbərlik edən Anar Bayramovu dekabrın 1-dən Mehman Veysəlov əvəz edəcək. Yeni icraçı direktor bundan əvvəl distribyutor şirkəti olan “Aztrade” MMC-də çalışıb.
Eləcə də bax: Tenderi udmuşdu, qardaşı ilə – PULLARI MƏNİMSƏDİ – HƏBS EDİLDİ
A.Bayramov isə bundan sonra holdinqin aparıcı müəssissi olan "Azgranata" şirkətinə rəhbərlik edəcək. Bu barədə A.Bayramov özü məlumat verib:
"Dostlar, karyeramda dəyişiklik barədə sizi məlumatlandırmaq istədim.
Belə ki, rəhbəri olduğum "Modern Group"-un funksiyası 1 dekabrdan dəyişilir. Bu vaxta kimi Modern Group tabeliyindəki şirkətlərin ümumi idarəetməsinə cavabdeh idisə, bundan sonra ümumi idarəetmə funksiyasının desentralizasiyası nəticəsində yalnız nəzarət funksiyasını (maliyyə nəzarəti, audit və s.) özündə saxlayacaq, şirkətlərin performansına cavabdehlik daşımayacaq.
Əlbəttə ki, sırf nəzarət işi ilə məhdudlaşan menecment funksiyasının icra olunması mənim karyera strategiyama uyğun deyil. Bu işlə o sahənin peşəkarları yüksək səviyyədə məşğul olacaqlar. Yeri gəlmişkən, bütün komandaya (dostlarıma) uğurlar arzulayıram.
Mən isə 1 dekabrdan başlayaraq "Azgranata" şirkətinin (istehsal, satış, ixrac və s – hamısı bir yerdə) İdarə Heyətinin Sədri və CEO-su kimi fəaliyyətimi davam etdirəcəyəm. Yeni İdarə Heyəti (Rovshan Ferhadov, Vuqar Mikailov, Rafiq Hunaltay, Emin Xıdırov) və böyük komandamızla möhtəşəm nəticələrə imza atacağımıza əminəm. Qısası, "Azgranata"-nın həyatında yeni era başlayır, güclü olan bazar mövqeyi daha da möhkəmlənəcəkdir. Odur ki, bizi izləyin".