"Dəvəçi Broyler Dərin Emal" MMC ləğv olunduğunu elan edib.
Eləcə də bax: Nazirlə bağlılığı olan şirkət - AZƏRBAYCANDAN ÇIXIR
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Cəmiyyətin baş ofisinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Dəvəçi Broyler Dərin Emal" MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,5 milyon manatdır. Şirkətin təsisçisi "Səba" ASC-dir. (“Report)