Azərbaycanda bu aprel ayının 1-i vəziyyətinə ünvanlı dövlət sosial yardım alanların sayı məlum olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, ölkə üzrə ümumilikdə 329 min 738 nəfər ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb.
Ən çox yardım alanların sayında Bakı şəhəri 45 min 318 nəfərlə Bakı birinci, 13 min 438 nəfərlə Gəncə şəhəri ikinci, 12 min 553 nəfərlə Masallı rayonu üçüncü yerdədir.
Lənkəran rayonunda 12 min 77 nəfər ailə üzvü ünvanlı sosial yardım alır.
Yardımlı rayonunda 10 455 nəfərə , Sumqayıtda isə 10 min 66 nəfərə ünvanlı sosial yardım verilir.
Kürdəmi rayonu 8 min 755 nəfərlə 7-ci Tovuz rayonu siyahıda 8 min 285 nəfərlə 8-ci, Cəlilabad rayonu 8 min 161 nəfərlə 9-cu, Salyan rayonu 7 min 764 nəfərlə 10-cu yerdədir.
Ən az yardım alan rayonlar Xankəndi şəhəri (101 nəfər), Naftalan şəhəri (442 nəfər) və Xızı rayonlarıdır (470 nəfər).