2019-cu ilin ilk 9 ayında Azərbaycanın 37 şəhər/rayonuna kapital qoyuluşu ötən illə müqayisədə azalıb, 22 şəhər/rayona yatırımlar isə artıb.
FED.az xəbər verir ki, ən byöük azalma Naftalan rayonunda qeydə alınıb. Burayonu investisiya yatırımları əvvəlki ildəkindən 10,6 dəfə azdır. Cəlilabada yatırımlar 3,3 dəfə, Ağcabədi, Bərdə və Hacıqabula yatırımlar 4 dəfə, Yevlaxa isə 3 dəfə azalıb. 13 rayon və şəhərə qoyulan investisiyanın məbləği 2 dəfə və ya bu ərafda azalıb.
Eləcə də bax: Azərbaycandakı investisiya şirkətlərinin - RENKİNQİ (yanvar-sentyabr - 2019)
İnvestisiyaların ən çox yatırıldığı şəhər və rayonlar isə Şəmkir (ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıb), Quba (2,6 dəfə), Göyçay (3,9 dəfə), Kürdəmir (2,6 dəfə) və Şirvandır (6,8 dəfə).
Eləcə də bax: 7 bankın qiymətli kağızlara investisiyaları - AZALIB