"Şəmkir Aqropark" MMC "Enga Mart" MMC ilə birləşdiyini elan edib. Hər iki şirkətin Şəmkirdə istehsal müəssisəsi var.
FED.az xəbər verir ki, birləşmədən sonra "Enga Mart" MMC fəaliyyətini dayandıracaq, "Şəmkir Aqropark" MMC isə yenidən qurulacaq.
Eləcə də bax: Qəbələ icra hakimiyyəti 4 tenderi - BİR ŞİRKƏTƏ VERDİ – SİYAHI
Kommersiya şirkətlərinin reyestrinə əsasən, bu şirkətlərin nizamnamə kapitalı 4 mln. 930,9 min və 14 mln. 501,8 min manatdır. Hazırda hər iki şirkətin direktoru Böyükağa Mustafayevdir.