Cari ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon ABŞ dolları), Türkiyəyə (32,5 milyon ABŞ dolları), İsveçrəyə (14,7 milyon ABŞ dolları) Gürcüstana (8,4 milyon ABŞ dolları) və Ukraynaya (5,7 milyon ABŞ dolları) ixrac edilib.
FED.az xəbər verir ki, 2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Azərbaycandan xaricə pomidordan sonra ən çox hansı məhsulun satıldığı məlum olub
12:23
30 İyul 2019