Azərbaycandan xaricə pomidor ixracı azalıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə çəkisi 139 576.12 ton olan , ümumi dəyəri 147 milyon 606 min dollarlıq pomidor ixrac olunub. Bu göstərici 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2 milyon 294 min manat və ya 1,53% azdır.
Eləcə də bax: Azərbaycanda pomidor istehlakı - AZALIB
Qeyd edək ki, 2017-ci ildə Azərbaycandan xaricə ümumi dəyəri 131 milyon 500 min dollar olan pomidor ixrac edilib. Bu hazırki göstəricidən 16 milyon 106 min dollar və ya 12,24% azdır.