2024-cü ilin yanvar-fevral ayları üzrə xaricə ən çox məhsul ixrac edən özəl şirkətlərin adları məlum olub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir.
İlk iki ayın nəticəsinə görə xarici ölkələrə ən çox məhsul ixrac edən şirkət “MKT İstehsalat Kommersiya” MMC olub.
Bu şirkət ilk iki ay ərzində 19,2 milyon dollarlıq məhsul edib.
“My Fruit” MMC siyahıda ikinci, “P-Aqro” MMC isə üçüncü pillədə qərarlaşıb.
Siyahıda qadın iş adamı Muradova Sahibə Səlimət qızı dördüncü pillədə qəraralaşıb.
Onluqda bundan başqa “Soil Boons” MMC, “STP Global Cable” MMC, “Technopack” MMC, “Ümüd 059” MMC, “Mors Trading” MMC, “Gözəl Təbiət” MMC şirkətləri də daxildir.