Azərbaycan bu il xarici ölkərə ixrac etdiyi meyvə-tərəvəzin həcmini artırıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 10 ayında Azərbaycan xarici ölkələrə çəkisi 467 292.81 ton, dəyəri isə 455 milyon 515 min dollar olan meyvə-tərəvəz ixrac edib.
Eləcə də bax:Azərbaycan ət idxalını - ARTIRIB
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 24 096.68 ton , məbləğ göstəricisi ilə müqayisədə isə 50 milyon 018 min dollar və ya 12,33% çoxdur.