Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollar həcmində pul köçürülüb.
FED.az məlumat verir ki, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının yaydığı məlumatda bildirilib.
Eləcə də bax: Gürcüstanın Azərbaycana 6,9 mln. dollara yaxın - BORCU YARANIB
Azərbaycanın qonşu ölkəyə daxil olan ümumi pul köçürmələrindəki payı 1,34 %-ə bərabər olub.
İllik müqayisədə Azərbaycandan Gürcüstana göndərilən pul vəsaitlərinin həcmi 28% artıb.
Sentyabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 149,8 mln. dollar pul daxil olub. Bu həcm ötən ilin analoji göstəricisindən 18,3 mln. dollar və ya 13,9% çoxdur.
Gürcüstandan xarici ölkələrə köçürülən pul kütləsinin həcmi isə 6,5% artaraq 20,5 mln. dollara bərabər olub.