Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana 2,11 milyon ABŞ dolları məbləğində pul köçürülüb.
FED.az-ın məlumatına görə,“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.
Azərbaycandan Gürcüstana pul köçürmələri ümumi köçürmələrdə 1,4% paya malik olub. Qeyd edək ki, iyulda Gürcüstana xarici ölkələrdən 154,5 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 10,1 milyon dollar və yaxud 7% çoxdur.
Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 19,2 milyon dollar pul köçürülüb ki, bu da 1 il əvvələ nisbətən 1,6 və yaxud 0,3 milyon dollar çoxdur.