İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2019-cu ilin yanvar-may ayları üzrə “İxrac İcmalı”nı açıqlayıb. FED.az xəbər verir ki, ilin ilk 5 ayında ölkədən qeyri-neft sektoru üzrə ixrac 18 faiz artaraq 786,7 milyon dollar təşkil edib.
Bu dövrdə ixracı ən çox artan məhsul ilkin formalı polipropilen olub. Onun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 84 dəfə artaraq 33,6 milyon dollar olub. Metanolun (metil spirti) ixracı 9,2 dəfə artaraq 23,9 milyon dollar olub. Mahlıcın ixracı 2,7 dəfə artaraq 68,1 milyon dollar, fındıq ləpəsinin ixracı isə 1,8 dəfə artaraq 62 milyon dollar olub.
Əvəzində bu dövrdə elektrik enerjisinin ixracı 2,6% azalaraq 51,9 milyon dollar olub.