Reklam Texnologiyaları və Rəqəmsal Marketing şirkəti olan Evido (AdTech/Dijital Marketing) Meta satış tərəfdaşı statusu alaraq indi Azərbaycanda reklamverənlərə və agentliklərə əlavə komissiya tələb etmədən yerli bazar dəstəyi və məsləhət xidmətlərini təklif edir.
Programın bir hissəsi olaraq Evido Meta-nın reklam məhsullarını Azərbaycan auditoriyasına daha da yaxınlaşdırmağa çalışacaq.
Yerli tərəfdaş, heç bir gizli ödəniş olmadan reklamverənlər və agentliklər üçün yerli bazar dəstəyi, məsləhət xidmətləri və asan marketinq alətlərini təqdim edir.
Evido Meta satış tərəfdaşı statusunu yerli bazar problemlərini başa düşmə bacarığına, reklamverənlər üçün ən yaxşı həlləri işləyib hazırlamaq həvəsinə, həmçinin reklam texnologiyaları sahəsində müxtəlif təcrübə və biliklərini yerli marketoloqlara ötürdüyünə görə alıb. . Azərbaycandakı Evido komandası təlim keçmiş sertifikatlı mütəxəssislərdən və və müştəriyə dəstək qrupundan ibarətdir. Bu yerli reklamverənlərlə əlaqə saxlamağa, onların problem və istəklərini ı eşitməyə və istənilən suala bir neçə dəqiqə ərzində cavab verməklə onlara davamlı dəstək verməyə kömək edir. Evido-nun missiyası Azərbaycan bazarını inkişaf etdirərək Meta reklam platformaları vasitəsilə yerli ekspertlərlə birlikdə yeni biznes imkanları yaratmaqdır.
“Azərbaycanda rəqəmsal reklam bazarı inkişaf mərhələsindədir. Statista-nın məlumatına görə, hazırda əhalinin yarısından çoxu sosial şəbəkələrdən istifadə edir və onların 85%-i Instagram və Facebook-a üstünlük verir. Bu, Meta reklam platformalarının ölkədəki bizneslərə real fayda qazandırdığını göstərir.
Biz yerli ekspertlərlə təcrübə mübadiləsi apararaq, onların reklam kampaniyalarının idarə edilməsində praktiki bacarıqlarını inkişaf etdirməklə bu sahədə daha çox imkanların olduğuna inanırıq. Evido Facebook və Instagram reklamları vasitəsilə Azərbaycandakı bizneslərə məqsədlərinə çatmaqda kömək etmək üçün tədris materialları və texniki marketinq alətləri təqdim edən ideal tərəfdaş ola bilər”.
Emin Aliev, Chief Business Development Officer at Evido (Evido-nun Biznesin İnkişafı üzrə Baş Direktoru)
Facebook və Instagram reklamlarını yayımlamağınıza kömək etməklə yanaşı, Evido reklam büdcələrinin idarə edilməsi, yerli valyutada ödəniş, büdcə effektivliyinin avtomatik təhlil kimi marketinq tapşırıqlarını avtomatlaşdırmağa kömək edir.
“Hesab edirəm ki, Evido-nun Azərbaycanda yerli Meta satış tərəfdaşı kimi fəaliyyətə başlaması bizneslərinin tanıtımı və inkişafı üçün Facebook və Instagram istifadə edən bütün şirkətlər üçün böyük bir fürsətdir. Biz özümüzdə təcrübə, bilik və texnologiyaları birləşdiririk. . Bu üç amil uğurun açarı hesab olunur. və biz bunu yerli bazarla bölüşmək üçün burdayıq”.
Farid Afandi, Country Manager at Evido (Evido-nun ölkə üzrə meneceri)