Azərbaycanda məşhur türk iş adamı vəfat edib. FED.az xəbər verir ki, ölkəmizdə çalışan «Özkaya-qrup»un sahibi Osman Gezeker iyulun 30da vəfat edib. Qeyd edək ki, Osman bəy Azərbaycana gələn ilk türk iş adamlarından biridir.
Eləcə də bax:Azərbaycanda tanınmış iş adamı - VƏFAT EDİB
Vaxtilə Qarsda polis rəisi olduğu dönəmdən bəri Osman bəy Türkiyə-Azərbaycan qardaşlığının önəmli isimlərindən birinə çevrilib. Osman bəy iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün çalışıb. Eləcə də sıralarında Türkiyə və Azərbaycan iş adamlarını birləşdirən TÜİB təşkilatının yarandığı gündən bəri rəhbər heyətində yer alıb.
Azərbaycandakı məşhur türk iş adamı - VƏFAT EDİB

11:55
30 İyul 2019